atatv.az
atatv.az

“Bu yanaşma 15 il öncə bizi gülüş hədəfinə çevirə bilərdi, amma indi...”

22-11-2018, 17:55

“Bu yanaşma 15 il öncə bizi gülüş hədəfinə çevirə bilərdi, amma indi...”

Tahir Kərimli: “Biz onları ölkəmizdəki paylarından məhrum edə bilərik”


Azərbaycanın işğal edilmiş torpaqlarında fəaliyyət göstərən, ermənilərin burada həyata keçridiyi layihələrdə yer alan əcnəbi şirkətlərin neytralaşdırılması, bunun üçün effektli üsul və vasitələrin müəyyən edilməsi xeyli müddətdir ki, mediada müzakirə edilən əsas məsələlərdən biridir.

Əcnəbi şirkətlərin işğaldakı torpaqlarımızdakı fəaliyyətini əngəlləmək üçün bu şirkətlərə qarşı müəyyən sanksiyaların tətbiq edilməsi, yaxud onlarla bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi mümkündürmü? Bu, məlum problemin aradan qalxması üçün nə dərəcədə effektiv hesab edilə bilər?



“Dövlət mənafeyimizə zərbə vuranlara qarşı ciddi addımlar atılmalıdır”



Moderator.az-a açıqlama verən millət vəkili Tahir Kərimli bu istiqamətdə konkret addımların atılmasının mümkünlüyünü təsdiqlədi:

“Əgər biz 10-15 il bundan öncə kimlərəsə qarşı sanksiya tətbiqini gündəmə gətirsəydik, bu yanaşma bəlkə də bizi gülüş hədəfinə çevirərdi. Bizə deyə bilərdilər ki, sizin nə gücünüz var ki, sanksiya da tətbiq edəsiniz. Bu gün isə Azərbaycan elə böyük şirkətlərlə əməkdaşlıq edir ki, elə bir gücə sahibdir ki, bu istiqamətdə ciddi işlər görə bilər.

Əgər Azərbaycan hər hansı bir şirkətə, təşkilata qarşı sanksiya tətbiq edərsə, bu, həmin şirkətin əməkdaşlıq etdiyi digər qurumlara da bir mesaj olar. Azərbaycan onun dövlət mənafeyinə zərbə vuran şirkətləri Azərbaycandakı paylarından məhrum edə bilər. Bu gün Rusiya Ukraynaya sanksiya tətbqi etdiyi kimi, Ukrayna da rus şirkətlərinə sanksiyalar tətbiq edir.



“Bu şirkətlərin beynəlxalq məhkəmələrə verilməsi təmin edilməlidir”



Bu məsələni yalnız sanksiyalarla məhdudlaşdırmaq olmaz. Ola bilsin ki, bu sanksiyalardan böyük şirkətlər elə də çox şey itirməsin. Amma onların beynəlxalq məhkəmələrə verilməsi təmin edilməlidir. Beynəlxalq hüquq, beynəlxalq normalar var. Bütün dövlətlər işğal edilmiş torpaqlaırn Azərbaycanın suveren ərazisi olduğunu qəbul edir. Heç bir dövılət nə Dağlıq Qarabağı, nə də ətraf əraziləri ayrıca bir dövlət kimi tanımayıb. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan hər hansı beynəlxalq məhkəmə başqa cür davrana bilməz.

Bir sıra beynəlxalq məhlkəmələr mövcuddur ki, onlar da müxtəlif məsələləri araşdırır. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsi var ki, onlar 2002-ci ildən baş verən hadisələri araşdırırlar. BMT-nin məhkəməsi var ki, hər iki tərəfin razılığı olanda məsələləri araşdırır. Hesab edirəm ki, Azərbaycan bunu bir neçə istiqamətdə həyata keçirə bilər.



“Bu pozuntuların milli məhkəmələrimizdə araşdırılması da mümkündür”



Birincisi, milli məhkəmələrimiz bu işlərə baxa bilər. Azərbaycan milli məhkəmənin çıxartdığı qərarları aidiyyatı üzrə beynəlxalq müstəvidə yaya bilər. Beynəlxalq qurumlardan tələb oluna bilər ki, BMT-yə üzv olan dövltələr bu məhkəmə qərarlarına hörmət etsinlər. Yəni Azərbaycanın suveren hüququnu pozan şirkətlərə bu dövlətlər də sanksiya tətbiq etsin.



“Azərbaycan xüsusi beynəlxalq məhkəmələrin təşkili istiqamətində iş apara bilər”



İkincisi, Azərbaycan xüsusi beynəlxalq məhkəmələrin təşkili istiqamətində iş apara bilər. Ruanda, Yuqoslaviya ilə bağlı belə məhkəmələr var. Xüsusi məhkəmələrin təsis edilməsi mümkündür. Nəhayət, mövcud məhkəmə sistemlərinə müraciət etmək mümkündür. Düşünürəm ki, bu təkcə mülki məsələ deyil. Həm də beynəlxalq cinayət hadisəsidir. Çünki Azərbaycanın suveren ərazisində təbii sərvətlərin mənimsənilməsi beynəlxalq cinayət hadisəsidir. Cinayət məhkəməsinin yaradılması nə qədər çətin də olsa bunu ictiamiyyələşdirmək, dünyanın diqqətinə çatdırmaq lazımdır”.



Seymur ƏLİYEV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930