atatv.az
atatv.az

"Həyat yoldaşımın qarşısında baş əyirəm" - Azər Axşam

29-11-2018, 11:00

"Həyat yoldaşımın qarşısında baş əyirəm" - Azər Axşam

Aparıcı və şoumen Azər Axşam "CVN TV"nin qonağı olub.

Atatv.Az axşam.az-a istinadən bildirir ki, aparıcı şəxsi həyatından söz açıb. O, ikinci həyat yoldaşdan razı olduğunu bildirib:

"İkinci həyat yoldaşım dayım qızıdır. İlk münasibətlərimizdə artıq bilirdi ki, həyatımda nələr olub. Bu baxımdan qarşısında həmişə baş əyirəm. Hətta oğlumun yanına Fransaya gedəndə, o bilirdi ki, oğlumun yanında onun anası var. Mən kişi olaraq həyat yoldaşım başqasından ayrılıb mənlə ailə qurubsa, birinci həyat yoldaşı olduğu yerə buraxmazdım. Amma o, heç nə demədi. Buraxdı məni. Qadınlar heç vaxt kişilərdən arxayın olmur. Amma o, özünə nə qədər arxayındır ki, məni buraxdı".

Qeyd edək ki, A.Axşamın ilk evliliyindən Cavidan adlı bir oğlu var. Cavidan anası ilə birlikdə Fransada yaşayır. Azər hazırda ikinci dəfə ailə qurub. Bu nikahdan onun Ərcan adlı bir övladı da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930