atatv.az
atatv.az

Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlandı

30-11-2018, 17:42

Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlandı

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Atatv.Az report-a istinadən xəbər verir ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək-mühafizə qaydalarını pozma) və 223.1-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün rayonun Qaradağlı kəndi ərazisində yerləşən 24 yaşlı Təbriz Surxayzadəyə məxsus PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman yanğın baş verib.

Nəticədə orada operator işləyən Əsgər Məmmədov və Seymur Rzayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930