atatv.az
atatv.az

Bakıda tələbəni parkda bıçaqladılar - YENİLƏNİB

4-12-2018, 12:32

Bakıda tələbəni parkda bıçaqladılar - YENİLƏNİB

12:31

Bakıda universitet tələbəsi küçədə bıçaqlanıb.

Atatv.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Sahil bağında baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, Y.Nəbizadənin vəziyyəti orta ağır olaraq qalır:

"O, belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi yardım edilib, vəziyyəti orta ağırdır. Hazırda palata şəraitində müalicəsi davam edir".

---------
11:23

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

Atatv.Az publika.az-a istinadən xəbər verir ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930