atatv.az
atatv.az

"Vəziyyətə nəzarət edə bilmir". Erməni siyasətçi Paşinyan və Qarabağ haqda

6-12-2018, 22:00

"Vəziyyətə nəzarət edə bilmir". Erməni siyasətçi Paşinyan və Qarabağ haqda
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

Atatv.Az Virtualaz.org-a istinadən bildirir ki, siyasətçinin sözlərinə görə, Paşinyanın bir yox, iki "Axilles dabanı" var. Bunlar, xarici siyasət və Qarabağ problemidir.

Aşotyan əlavə edib ki, onun partiyası iqtidarda olarkən Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsi istiqamətində çox işlər görüb, ölkəyə rus sahibkarların sərmayələrini cəlb edib, Moskva ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edib. Lakin Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq Rusiyanın Ermənistandakı törəmə şirkətlərini, xüsusən "Qazprom Armeniya" və "YKJD" firmalarını təqib etdirir, ölkəyə xarici sərmayələrin cəlb olunmasının qarşısını alır.

Siyasətçi qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı rusiyalı tərəfdaşların onu dezinformasiya yaymaqda ittiham etməsinə səbəb olur və iki ölkə arasında əməkdaşlığa zərər vurur.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, Aşotyan vurğulayıb ki, Paşinyan vəziyyətə nəzarət edə bilmir və münaqişənin həllinə dair dəqiq mövqeyə malik deyil. Erməni siyasətçi əmindir ki, yeni hökumət danışıqlar prosesinə zərbə vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031