atatv.az
atatv.az

Bakının bir hissəsi niyə qazsız qalıb? - SƏBƏB

8-12-2018, 12:49

Bakının bir hissəsi niyə qazsız qalıb? - SƏBƏB

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində təbii qazın verilişində məhdudiyyət yaranıb.

Sakinlər bildirib ki, iki həftədir ki, gündüzlər təbii qazın veriləməsində uzun müddətli fasilə yaranır.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev oxu.az-a açıqlamasında bildirib ki, hazırda Dadaş Bünyadzadə küçəsində təbii qazın verilişində məhdudiyyət yoxdur:

"Həmin ərazidə dünən qaz olmayıb. Buna səbəb də ərazidə yolun genişləndirilməsi işləri aparılır. Bizim qurum tərəfindən qaz xəttinin yeri dəyişdirilib, buna görə də dünən orada təbii qazın verilməsində qısa müddətli fasilə olub".


İbrahim Kərbəlayev qeyd edib ki, təbii qazın təzyiqlə bağlı hansısa binada və fərdi yaşayış evində problem varsa, vətəndaşlar qaynar xəttimizə müraciət etsinlər:

"Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib, tənzimləmə işləri aparılacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930