atatv.az
atatv.az

Qurban Qurbanov getdi, AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi

10-12-2018, 15:46

Qurban Qurbanov getdi, AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi

Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra ortaya xeyli suallar çıxdı. Həmin suallardan biri də, milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı idi.

Milli.Az xəbər verir ki, Qurbanovun gedişindən sonra millinin mətbuat xidmətinin də fəaliyyətinə son qoyulub. Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla "Azərbaycan radiosu"na açıqlamasında məlumat verib.

Federasiya rəsmisinin bildirdiyinə görə, bundan sonra milli komandanın mətbuat xidməti olmayacaq. Əvvəllər olduğu kimi, milli komandada bu işi AFFA-nın mətbuat xidməti yerinə yetirəcək.

Milli komandada mətbuat xidmətinin yaradılması Qurban Qurbanovun istəyi ilə olmuşdu. Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu idi. O, əvvəllər "Zirə" klubunda eyni vəzifəni daşımışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930