atatv.az
atatv.az

“Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu ölkə dağılmazdı" - Rusiya prezidentinin xüsusi nümayəndəsi

11-12-2018, 11:49

“Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu ölkə dağılmazdı" - Rusiya prezidentinin xüsusi nümayəndəsi

“Heydər Əliyev həm də rusiyalıdır. O, Rusiyanın inkişafında çox böyük rol oynayıb. Əgər o, SSRİ-nin baş katibi olsaydı, əminəm ki, Sovetlər İttifaqı dağılmazdı”.

Yenicag.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Əliyev həm də yeni Azərbaycan dövlətinin yaradıcısıdır. “O, çox çətin vaxtlarda Azərbaycanda yeni dövlətçilik ənənələrinin əsasını qoyub. Bu gün isə onun oğlu İlham Əliyev həmin ənənələri böyük uğurla davam etdirir”.

R. Abdulatipov bildirib ki, Əliyevlər ailəsinin ehtiramını Dağıstanda da xüsusi yad edirlər. Dağıstan üçün bu, olduqca vacibdir. Çünki, Əziz Əliyev müharibə illərində Dağıstana rəhbərlik edib. Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucladılmasının təşəbbüskarlarından biri mən olmuşam. Dərbənd şəhərində küçələrdən birinə Heydər Əliyevin adının verilməsinin təşəbbüskarlarından da biri mən olmuşam. Prezident İlham Əliyev bu küçəinin abadlaşdırılması üçün çox işlər görüb. Tarixən bizim ölkələrimiz bir-biri ilə sıx əlaqədə olub. Bu əlaqələr həm Dağıstan, həm də Rusiyanın digər regionları vasitəsi ilə həyata keçirilib. Ona görə də, Heydər Əliyevin xatirəsi bizim üçün müqəddəsdir. Rusiya prezidenti Vladimir Putinin də Heydər Əliyevlə çox gözəl münasibətləri olub. Biz o zamanlar prezident Boris Yeltisinin Azərbaycana səfərini təşkil etməyə çalışsaq da, bu, baş tutmadı. Lakin Vladimir Putinin prezident kimi ilk xarici ölkə səfərlərindən biri məhz Heydər Əliyevin vaxtında Azərbaycana olub. Heydər Əliyev o insandır ki, bu gün də Rusiya və Azərbaycandakı siyasi həyata və siyasi idealogiyaya təsir edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30