atatv.az
atatv.az

Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

12-12-2018, 21:45

Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

Türk ordusu yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətindədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir", - deyə Ərdoğan qeyd edib.

O, bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930