atatv.az
atatv.az

Orta məktəbdə müəllimlə valideyn arasında qalmaqal - 1-ci sinif şagirdi döyüldü

14-12-2018, 10:17

Orta məktəbdə müəllimlə valideyn arasında qalmaqal - 1-ci sinif şagirdi döyüldü

Bakının Qaradağ rayonunda yaşayan Samirə Heydərova 106 saylı orta məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımova arasında mübahisə Qaradağ Rayon Məhkəməsində həll olunacaq.

AzNews.az-ın məlumatına görə, Tünzalə Qasımova valideyn Samirə Heydərovanı xüsusi ittiham qaydasında, yəni cinayət məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayma) madddəsi ilə məhkəməyə verib. Bundan öncə isə valideyn uşağının müəllimə tərəfindən döyülməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

İddiaya əsasən S. Heydərovanın qızı, məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb. Müəllimə qarşı maddi və mənəvi ziyana görə 103 min manatlıq təzminat iddiası qaldırılıb. Eyni zamanda T. Qasımova da valideynə qarşı şikayət verib.

T. Qasımova şagirdi döymədiyini deyib. O, valideynin iddiasını əsassız adlandırıb: “Məsələ bundan ibarətdir ki, Samirə Heydərova mənim yaşımla əlaqədar həmin məktəbdə çalışmağımı istəmir. Düşünür ki, uşaqlara yaxşı təhsil verə bilmərəm, digər valideynlərə də deyib ki, bu müəllimi məktəbdən kənarlaşdırmaq lazımdır. Buna görə mənimlə qərəzli davranır və belə bir iddia səsləndirir”.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov işi araşdıraraq, ilə hər iki tərəfin iddiasını əsassız sayıb. Buna görə tərəflər apellyasiya şikayəti verib. S. Heydərovanın sözlərinə görə, N. Heydərlinin döyülməsi faktı üzrə tibbi ekspertiza da keçirilib. Ekspertizada uşağın döyüldüyü və küt əşya tərəfindən vurulduğu təsdiq olunub. Bu da yüngül xəsarət kimi qiymətləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930