atatv.az
atatv.az

Naxçıvanın DYP rəisi işdən çıxarılıb? - Belə deyirlər...

14-12-2018, 10:51

Naxçıvanın DYP rəisi işdən çıxarılıb? - Belə deyirlər...

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev vəzifəsindən azad olunub

Atatv.az bildirir ki, bu barədə “AzPolitika”ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

A.Ağayev Naxçıvan Muxtar Resbublikası daxili işlər naziri Fazil Ələkbərovun əmri ilə vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Nazirin bu əmri gözlənilməz olub. Bir neçə ildir Naxçıvan DYP-sinə rəhbərlik edən Aydın Ağayev həm MR rəhbərliyi yanında, həm də camaat arasında hörməti olan polis məmurlarından idi. Hətta ötən il sabiq DİN naziri Əhməd Əhmədovun vəzifəsindən azad olunmasından sonra Naxçıvanın daxili işlər orqanlarında aparılmış çox ciddi kadr dəyişiklikləri də A.Ağayevdən yan keçmişdi. O, Ə.Əhmədovun komandasına daxil olmuş, lakin yeni nazirin gəlişindən sonra vəzifəsini saxlaya bilmiş azsaylı kadrlardan idi.

A.Ağayevin vəzifəsindən azad olunmasının çox ciddi bir hadisə ilə bağlılığı olduğu bildirilsə də, təfərrüatı öyrənmək mümkün olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930