atatv.az
atatv.az

Hərbi hissələrdə “Açıq qapı günü” keçiriləcək

17-12-2018, 12:16

Hərbi hissələrdə “Açıq qapı günü” keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü" təşkil olunacaq.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

"Açıq qapı günü" çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930