atatv.az
atatv.az

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

17-12-2018, 12:43

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, pley-offa vəsiqə qazanan komandaların bu mərhələdəki rəqiblərini müəyyənləşəcək. Klublar qrup qalibi və ikincisi olmaqla 2 səbətə bölünüblər. Əsasnaməyə görə, eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər 1/8 finalda üz-üzə gələ bilməzlər.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq

Qrup qalibləri: Borussia (Dortmund, Almaniya), Barcelona (İspaniya), PSG (Fransa), Porto (Portuqaliya), Bayern Munich (Almaniya), Manchester City (İngiltərə), Real (İspaniya), Juventus (İtaliya)

Qrup ikinciləri:Atletico (İspaniya), Tottenham (İngiltərə), Liverpool (İngiltərə), Schalke (Almaniya), Ajax (Hollandiya), Lyon (Fransa), Roma (İtaliya), Manchester United (İngiltərə).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930