atatv.az
atatv.az

2019-cu ildə Azərbaycandan Almaniyaya ixrac missiyaları gözlənilir

17-12-2018, 16:01

2019-cu ildə Azərbaycandan Almaniyaya ixrac missiyaları gözlənilir

"Azərbaycan və Almaniya arasında sıx əməkdaşlığın olduğunu hər iki tərəfin dəstəyi ilə əhəmiyyətli iqtisadi tədbirlər və ticarət yarmarkalarının təşkili sübut edir".

Atatv.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib.

O bildirib ki, Palata "Messe München"in (dünyada aparıcı sərgi şirkətlərindən biri) Azərbaycan və Gürcüstanda rəsmi nümayəndəsidir: "Biz hər iki tərəfin şirkətlərinə texniki dəstək göstəririk və onların Münxendə keçirilən sərgilərdə eksponent və ya ziyarətçi kimi iştirakına kömək edirik".

T.Baumann vurğulayıb ki, hər ilin oktyabr-noyabr aylarında Palata Almaniya-Azərbaycan biznes-forumu təşkil edir: "Bu, unikal biznes-platformadır, Almaniya və Azərbaycandan olan şirkətləri yeni layihələrin təqdim olunması və gələcək əməkdaşlıq və tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün birləşdirir".

İcraçı direktor xatırladıb ki, noyabrda Azərbaycan qida, tekstil və mebel sənayesində fəaliyyət göstərən 28 şirkətin nümayəndələrinin iştirakı ilə Berlinə ixrac missiyası təşkil edib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycandan Almaniyaya ixrac missiyaları, həmçinin Almaniya şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycana səfəri nəzərdə tutulub:

"2019-cu il fevralın 5-8-də Leypsiqdə "Z and Intec" yarmarkası - Saksoniyanın ixtisaslaşmış ticarət yarmarkaları flaqmanı - keçiriləcək. Alman-Azərbaycan Palatası bu münasibətlə maşınqayırmanın müxtəlif istiqamətlərində çalışan Azərbaycan təşkilatları və müəssisələrinin yüksək vəzifəli nümayəndələri üçün 2019-cu ilin 4-7 fevralında bu yarmarkaya biznes nümayəndə heyətlərinin səfərini təşkil edir".

T.Baumann deyib ki, bütün bu addımlar Azərbaycan və Almaniya biznesi arasında münasibətlərin möhkəmləndirilməsi və gələcəkdə iki ölkə arasında ticarətin stimullaşdırılması məqsədilə atılır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Almaniya ilə əmtəə mübadiləsi 2018-ci ilin yanvar-oktyabr aylarında 1,21 milyard dollar təşkil edib. Azərbaycan məhsullarının ixracının payına 678,9 milyon dollar düşür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031