atatv.az
atatv.az

“Belə çıxır Vaqif Əsədovun heç nədən xəbəri olmayıb?” - Açıqlama

19-12-2018, 21:39

“Belə çıxır Vaqif Əsədovun heç nədən xəbəri olmayıb?” - Açıqlama

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu günlərdə istifadəyə verilən Babək prospektində piyada keçidinin quraşdırılmaması və geridönmə xəttinin olmaması ilə bağlı yazılan ittihamlara münasibət bildirib.

A. Nəcəfli qafqazinfo-ya bildirib ki, hər hansı layihə həyata keçirilərkən aidiyyatı qurumlarla razılaşdırılmalar aparılır: "Ola bilməz ki, 1 ilə yaxındır ki, layihə həyata keçirilsin və heç bir qurumun bundan xəbəri olmasın. Agentlik yolların yenidən qurulması, bərpası və təmiri ilə məşğul olan qurumdur. Yolların təhlükəsizliyi və təşkili ilə məşğul olan qurum deyil. Layihə həyata keçirilərkən yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurumlarla birgə razılaşdırılmış şəkildə baş verir. Babək prospektində yol xətlərinin çəkilişindən tutmuş yol nişanlarının quraşdırılmasınadək işlər aidiyyatı qurumların mütəxəssislərinin iştirakı ilə onların dediyi kimi və göstərilən ərazilərdə yol nişanları quraşdırılmaqla həyata keçirilib. Əgər hər hansı bir ərazidə piyada zolağının çəkilişi labüddürsə aidiyyəti qurumlar bunu harada göstərəcəksə bizdə icraçı qurum olaraq onu icra etməyə hazırıq. Heç kim özbaşına iş aparmır.

Bir var sağlam tənqid, bir də ki, ittiham və şər- böhtan var. Bunları bir-birilə qarışdırmaq lazım deyil. Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmamışdı. Burada məqsəd prospektin yenidən qurulması idi. Gələcəkdə isə hər hansı yeraltı və yerüstü piyda keçidi tikilə bilər. Bunun üçün Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının və aidiyyatı qurumların razılığı olmalıdır və vəsait ayrılmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bunu özbaşına həyata keçirməsi mümkün iş deyil.

Məsələ o yerə çatıb ki, digər bir qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovdan mövqe alınır, amma məndən yox. Bu, birbaşa qərəzi göstərir. Vaqif Əsədovu da pis vəziyyətdə qoyurlar. Belə çıxır ki, Vaqif Əsədovun heç nədən xəbəri olmayıb? 1 ildir layihə həyata keçirilir və yol polisi bu müddətdə oradan keçməyib və heç nədən xəbəri olmayıb?! Bu necə ola bilər ki? Layihə hazırlanarkən Baş Dövlət Yol Polis İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi də öz razılığını bildirir".

Qeyd edək ki, sözügedən yazı avtosfer.az saytında yayımlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031