atatv.az
atatv.az

Bakıda torpağın qiyməti ucuzlaşır - SƏBƏB

19-12-2018, 21:46

Bakıda torpağın qiyməti ucuzlaşır - SƏBƏB

2018-ci ilin oktyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.

Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, bir sot torpağın qiyməti 1,1 faiz azalıb.

Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır.

Baş direktorun sözlərinə görə, torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.

Qeyd edək ki, sentyabr ayında da Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunmuşdu. Həmin dövrdə bir sot torpağın qiyməti 3,7 faiz artsa da, orta hesabla bir sotun qiyməti 22 258 manatdan azalaraq 21 434 manat olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31