atatv.az
atatv.az

İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

20-12-2018, 16:03

İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

Big.az 2018-ci ildə intihar edən gənc şairləri, abituriyent və tələbələri təqdim edir:

İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

- Sumqayıtda abituriyent anasının gözü qarşısında intihar etdi

Qəbul imtahanında əldə edilən uğursuzluq növbəti dəfə insan faciəsi ilə nəticələnib. Belə ki, mayın 13-də Sumqayıtda növbəti intihar hadisəsi qeydə alınıb.

Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Pənah Quliyev özünü yaşadıqları evin 5-ci mərtəbəsindən aşağı atıb və hadisə yerindəcə keçinib.

İlkin araşdırma zamanı məlum olub ki, intihar, təqribən, gündüz saat 16.00 radələrində baş verib. Bundan bir qədər əvvəl gənc oğlan II və III qruplar üzrə keçirilən qəbul imtahanında iştirak edəndən sonra evə qayıdıbmış. Abituriyentin imtahanda kifayət qədər bal toplamadığı üçün anası onu danlayıb. Bundan qəzəblənən gənc münaqişə zamanı evin eyvanına çıxaraq özünü aşağı atıb.

- Cəlilabadda intihar hadisəsi baş verib.

Hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Nurlan İslam oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihar edib.

N.Mirzəyev bu il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib.

O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib.

İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

-Sumqayıtda abituriyent imtahandan sonra intihar edib.

17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.

F.Rüstəmov dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb.

İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

- Dənizkənarı Milli Park ərazisində gənc şair Məlik Cahan özünü dənizə ataraq intihar edib.

O, hadisədən əvvəl sosial şəbəkədə son şeirini və dəniz fotosunu paylaşıb.

Məlik Cahanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Məlik Cahangirov 1995-ci il fevralın 10-da Lerik rayonunda anadan olub. O,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin tələbəsi idi.

İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

- Bakıda universitet tələbəsi intihar edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbəsi 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
İmtahandan az bal topladı, özünü binadan atdı - 2018-ci ildə intihar edən tələbə və abituriyentlər

Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar edib. Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanovun açıqlamasını təqdim edirik:

"İstintaqın açıqlamasından sonra intiharın səbəbləri bəlli olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031