atatv.az
atatv.az

Dövlət Komitəsinin sədri cəmiyyəti qadın və qızlara qarşı zorakılığa etiraz etməyə çağırıb

25-12-2018, 11:25

Dövlət Komitəsinin sədri cəmiyyəti qadın və qızlara qarşı zorakılığa etiraz etməyə çağırıb

"Artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, qadınlara qarşı zorakılıq bütövlükdə ölkələrin sosial sabitliyinə və iqtisadi inkişafa nail olmasına mane yaradır: "Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra Hakimiyyətləri yanında monitorinq qrupları yaratmışıq.

Qrup üzvləri ilə mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müşahidə olunur. Onlar daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031