atatv.az
atatv.az

Nazirlikdən hava XƏBƏRDARLIĞI

25-12-2018, 14:54

Nazirlikdən hava XƏBƏRDARLIĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti üç gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930