atatv.az
atatv.az

Yanvardan neft yenidən bahalaşa bilər

25-12-2018, 16:04

Yanvardan neft yenidən bahalaşa bilər

Bu ilin IV rübü neft fyuçersləri üçün uğursuz oldu.

“Report”un analitik qrupu bildirir ki, rüb ərzində aparıcı neft fyuçerslərinin predmeti olan “Brent” və WTI markaları təxminən 40% dəyər itkisi ilə üzləşdilər.

Ucuzlaşma müxtəlif səbəblərlə, o cümlədən dünya əmtəə bazarındakı geriləmə, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit”) ilə bağlı prosesin ləng getməsi, İtaliyada dövlət büdcəsinin kəsri ilə bağlı problemin həll edilməməsi, ABŞ-Çin ticarət müharibəsinin səngiməməsi ilə bağlıdır. Bütün bu siyasi-iqtisadi amillər investorlarda qeyri-müəyyənlik yaratdı və onlar neftin qiymətinin düşəcəyi fikri ilə birjalarda kütləvi satışlara başladılar.

Bundan başqa, neft bazarında həlledici rola malik ABŞ-da aktiv neft quyularının sayının rekord həddə çatması, İrana qarşı tətbiq edilmiş sanksiyaların gözləniləndən yumşaq olması, bir neçə ölkəyə İslam Respublikasından neft almağa icazə verilməsi “qara qızıl” bazarında təklifin tələbi üstələməsinə səbəb oldu. Son nəticədə neft fyuçerslərinin qiyməti azaldı.

Bu ayın əvvəlində isə Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) daxil olan və olmayan ölkələr görüşərək gündəlik neft hasilatının həcminin 1,2 mln. barel azaldılmasına qərar verdilər. Analitiklərin gözləntisi isə 1,4 mln. barel idi. Neft istehsalçılarının onlara olan “ümidləri” doğrultmaması, üstəlik Qətərin sözügedən görüş ərəfəsində OPEC-dən çıxması investorların narahatlığına səbəb oldu və neft bazarında ucuzlaşmanı stimullaşdırdı.

Qeyd edək ki hasilatın azaldılması barədə dekabrda qəbul edilmiş qərar yanvarda qüvvəyə minəcək. Bazar iştirakçıları çox güman ki, bu qərara reaksiya verəcəklər və neftin qiymətində müəyyən qədər artım olacağı istisna deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031