atatv.az
atatv.az

Prezident Natiq Əmirova yeni vəzifə verdi - Fərman

26-12-2018, 12:18

Prezident Natiq Əmirova yeni vəzifə verdi - Fərman

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov yeni vəzifəyə təyin olunub. “Qafqazinfo” xəbər verir ki, ötən gün prezidentin Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” fərmana etdiyi dəyişikliklə əlaqədar N. Əmirov şuranın sədri təyin olunub.

Şuranın üzvləri isə aşağıdakı kimi təsdiq edilib:

Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan maliyyə naziri
Azərbaycan iqtisadiyyat naziri
Azərbaycan Mərkəzi Bankının sədri
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Xatırladaq ki, Maliyyə Sabitliyi Şurası 2016- ci ildə yaradılıb. Şuraya rəhbərliyi isə baş nazir həyata keçirirdi. Sözügedən fərmana edilən dəyişikliyə əsasən rəhbərlik missiyasını N. Əmirov həyata keçirəcək.

Əlavə olaraq Şuranın tərkibinə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri, Azərbaycan birinci vitse-prezidentinin 2 köməkçisi daxil edilib. Beləliklə, Şuranın üzvlərinin sayı 8 nəfərə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031