atatv.az
atatv.az

Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı tapşırıq verdi

26-12-2018, 15:50

Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı tapşırıq verdi

Səhiyyə Nazirliyi tərəfindən H1N1 virusuna (“donuz qripi”) yoluxmanın qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir.

Bunu Oxu.Az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyasının Epidemioloji tədqiqat şöbəsinin müdiri Kamran Əfəndiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda H1N1 virusuna yoluxan insan qeydiyyata alınmayıb:

“Səhiyyə Nazirliyi tərəfindən H1N1 virusu ilə bağlı tapşırıq verilib. Respublika Sanitariya-Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində - vağzallarda, “Azərbaycan Hava Yolları”nda (AZAL) ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən “Termovizor” aparatı vasitəsi ilə nəzarət edilir.

İl boyu müfəttişliyin həkimləri gücləndirilmiş iş rejimində işləyirlər. Temperaturu olan xəstələr olan zaman həkim xəstələr nəzarətə götürülür. Bu cür hallar olanda nəzarət daha da gücləndirilir”.

Oxu: Qonşu ölkədə donuz qripi həyəcanı
Qida Təhlükəsizliyi Agentindən sorğumuza cavab olaraq bildirilib ki, H1N1 virusunun qonşu ölkələrdə yayılması ilə bağlı BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı müvafiq qaydada məlumat yayımlamayıb:

“Eyni zamanda, Gürcüstan ilə sıx əməkdaşlığımız var və bu ölkədən xəstəlik barədə hər hansı məlumat daxil olmayıb. H1N1 virusunun yayılması təhlükəsi ilə bağlı məlumat daxil olarsa Agentlik tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun addımlar atılacaq”.

Qeyd edək ki, Gürcüstanda H1N1 virusundan iki nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930