atatv.az
atatv.az

Dağlıq Qarabağda futbol turniri keçirmək istəyən Müstəqil Futbol Konfederasiyasına etiraz məktubu göndərilib

27-12-2018, 13:05

Dağlıq Qarabağda futbol turniri keçirmək istəyən Müstəqil Futbol Konfederasiyasına etiraz məktubu göndərilib

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi Müstəqil Futbol Konfederasiyasının Dağlıq Qarabağda keçirmək istədiyi futbol turnirinə etiraz edib.

Atatv.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Birliyin rəhbəri Tural Gəncəliyev deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum bu barədə Konfederasiyaya etiraz göndərib: "Təşkilatın separatçı rejimlə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində bu cür turnirlər keçirməsinin qanunsuz olduğunu bəyan edirik. Müstəqil Futbol Konfederasiyasına müraciət edərək bildirmişik ki, bu turnirin təşkil olunması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həmin turnirdə iştirak edəcək şəxslərin də həyatı təhlükə altına atılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930