atatv.az
atatv.az

Əməliyyat olunan Ramiz Əzizbəylinin vəziyyəti necədir? - Qızından açıqlama

29-12-2018, 12:10

Əməliyyat olunan Ramiz Əzizbəylinin vəziyyəti necədir? - Qızından açıqlama

Barmaqları amputasiya olunan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhəti normaldır.

Atatv.az bildirir ki, bu barədə yenicag.az-a aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib:

"Atamın səhhəti yaxşıdır, amma hələ də narkozun təsiri altındadır, oyanır, yenidən yatır. Lakin əməliyyat gözlənildiyindən də uğurlu keçib. O şəkər, həm də beyin xəstəsi olduğu üçün ağırlaşmaların olma ehtimalı da var. Ümid edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin dediyinə görə ayağı amputasiya olunmayacaq".
Qeyd edək ki, aktyor yeni ili xəstəxanada qarşılamalı olacaq. Qızının dediyinə görə, atası ay yarım xəstəxanada həkim nəzarəti altında müalicəsini davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031