atatv.az
atatv.az

Biləsuvarda yanğın — Bir nəfər tüstüdən zəhərləndi

2-01-2019, 12:32

Biləsuvarda yanğın — Bir nəfər tüstüdən zəhərləndi
Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.
"Ölkə.Az" xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış 7-ci qəsəbədəki 40 nömrəli evdə qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Qara qızına əxsus yarımtikilidə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğın söndürənləri cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi Y.Əliyeva xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930