atatv.az
atatv.az

Bakıda gənc oğlanı qonşusu bıçaqladı

4-01-2019, 12:09

Bakıda gənc oğlanı qonşusu bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930