atatv.az
atatv.az

İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edildi

9-01-2019, 22:28

İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edildi

Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib.
Bizimyol.info xəbər ki, "Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da "TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan "TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər "Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.
Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də "TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də "TK 341” saylı uçuşu da ləğv olunub.
İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031