atatv.az
atatv.az

Zaur parodiyaçıları efirdən qovdu

11-01-2019, 16:40

Zaur parodiyaçıları efirdən qovdu

"Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin ötən gün efirə gedən buraxılışında gərgin anlar yaşanıb.

Unikal.org məlumatına görə, proqramda Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olub.

Proqrama tez-tez dəvət edilən parodiyaçı Aşıq Muşqulat və Divir (Çingiz Mütəllimov və Elnur Mahmudov - red.) studiyaya gəlib.

Onlar efirdə Teymur əmiyə söz ataraq oxumağa başlayıblar. Parodiyaçıların muğam ifaçısının bir dəfə efirdə "jim" etməsini ələ salması onun xoşuna gəlməyib. Aşıq Çuşqulat və Divir "Jim eləsin Teymur əmi" oxumağa başlayıblar. Daha sonra isə Divir studiyada "jim" edib və T.Mustafayevi də ona qoşulmağa dəvət edib. İfaçı isə ona reaksiya verməməyə çalışıb.

Yenidən oxumağa başlayan parodiyaçıların mikrofununu bağlayıblar. Teymur əmi isə əsəbiləşərək onlarla mübahisə edib.

Aparıcı Zaur Kamal isə parodiyaçıları efirdən qovub və "Bir də onları efirə buraxmayın" deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930