atatv.az
atatv.az

Nazpəriyə söz atan Elzanın başına iş gəldi

12-01-2019, 13:28

Nazpəriyə söz atan Elzanın başına iş gəldi
"Azərbaycanın səsi" yarışmasının ötən gün yayımlanan buraxılışında gözlənilməz hal yaşanıb.
"Atatv.Az"ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasındakı gərginlik canlı yayım boyunca bitməyib.

Seyidcahan çıxış edərkən yenə Dostəliyevaya söz atıb:

"Məntiqli danışığım kimisə narahat edir. Yazıq deməyəm, kimisə narahat edir. Mən mahnı bəstələmişəm. Elə insanlar var ki, güllər aldırırtlar özünə. Gedib diplom, professorluq, doktoranturalığı özləri pulla alırlar".

Bu zaman isə proqramın əməkdaşlarından biri onun ayağını çimdikləyib. "Görmədiniz, Kənan bəy mənim ayağımı çimdiklədi" deyə, təəccüblərini gizlətməyib.
"Kimlərsə hesab edirlərsə, mən gülü özüm alıram... Bu onların öz səviyyələridir, ucuzluğa getmirəm" deyə, Nazpəri bildirib.

Qeyd edək ki, N.Dostəliyeva bir müddət əvvəl fəlsəfə doktoru elmi adı aldığını bildirmişdi. Daha sonra onun bunu yalan dediyi ortaya çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930