atatv.az
atatv.az

İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...

12-01-2019, 14:11

İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...
Deputat Aqil Abbasın qudası dünyasını dəyişib.

Atatv.Az xəbər verir ki, qafqazinfo həmin şəxsin kimliyini araşdırıb. Məlum olub ki, söhbət Siracəddin Həsənovdan gedir. S.Həsənov 1948- ci ildə anadan olub. O, uzun illər neft maşınqayırması sənayesində çalışıb.

Son illərə qədər Zabrat Maşınqayırma Zavodunun İdarə Heyətinin sədri olub. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Həsənov, eyni zamanda, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında ‎Siyasi Şuranın üzvü olub.

Xatırladaq ki, qafqazinfo Siracəddin Həsənovun intihar etməsi ilə bağlı məlumat əldə edib. Lakin Aqil Abbas bu informasiyanı təkzib edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930