atatv.az
atatv.az

Bu günün hava proqnozu açıqlanıb

14-01-2019, 09:42

Bu günün hava proqnozu açıqlanıb

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti təşkil edəcək.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Yanvarın 13-ü günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin 13-ü axşamdan 14-ü səhərədək arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı gğzlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti təşkil edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930