atatv.az
atatv.az

“Bakıda ilk Şaxta baba mən olmuşam” - Xalq artisti

14-01-2019, 17:27

“Bakıda ilk Şaxta baba mən olmuşam” - Xalq artisti

Atatv.az xəbər verir ki, ARB TV-nin "Hüseynova bacıları" verilişində xalq artisiti Rafael Dadaşov maraqlı açıqlamalar edib.

"Mənim atam, Məlik Dadaşov çox məşhur şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1, 2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966/1967-ci illərdə şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım.

Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır, "Nizami" metrosu tərəfdən MUM-un yanına gəlməli idim. Paltarımı çıxarım, əlimi, üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu, vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930