atatv.az
atatv.az

DSMF gəlirlərinin artdığını açıqladı

15-01-2019, 14:02

DSMF gəlirlərinin artdığını açıqladı

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3 mlrd.678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2 mlrd.332,2 mln. manata çatıb.

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib.

Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.

Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.


DSMF gəlirlərinin artdığını açıqladı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031