atatv.az
atatv.az

Kameraları aldatmaq istəyən sürücüləri nə gözləyir? - AÇIQLAMA

15-01-2019, 17:36

Kameraları aldatmaq istəyən sürücüləri nə gözləyir? - AÇIQLAMA

Bakıda sürücü qanunsuz parklanmaya qarşı quraşdırılan intelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyib.

Hadisə 28 May küçəsində qeydə alınıb. "BMW" markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsində saxlayıb. O, avtomobilin dövlət nömrə nişanını örtüklə bağlayaraq, qanunsuz parklanmaya qarşı quraşdırılan kameralardan yayınmaq istəyib.

Attav.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin sürücü kobud şəkildə qanunun tələbini pozub:

"Avtomobilin dövlət nömrə nişanınin müxtəlif vasitələrdən istifadə etməklə gizlədilməsi "Yol hərəkəti haqqında" qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Mövcud qanunvericiliyə əsasən bu cür sürücülərə qarşı inzibati tədbirin görülməsi Dövlət Yol Polisinin səlahiyyətlərinə aid məsələdir".

M.Ağayev qeyd edib ki, hazırda BNA və Dövlət Yol Polisi bu məsələdə koordinasiyalı iş aparır: "Belə hal aşkarlandığı təqdirdə Dövlət Yol Polisinə məlumat verilir ki, həmin sürücü barəsində zəruri inzibati tədbir görülsün. Sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930