atatv.az
atatv.az

Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO

16-01-2019, 15:28

Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO

Əməkdar artist Röya Ayxan son günlər sosial medianın dilinə dolanan və dünyada ən çox "like" toplayan yumurta fotosu ilə bağlı paylaşım edib.

Atatv.Az axşam.az-a istinadən bildirir ki, müğənni mövzunu lağa qoyaraq yumurta üzərinə həkk olunmuş simasının fotosunu paylaşıb.

"Madam ki, 1 yumurta 37 milyon "like" yığırsa, madam ki, bir yumurta qədər dünyada olan fotosessiyalar sevgi qazan bilməyibsə, madam ki, bir yumurta qədər hörmətiniz yoxdursa, belə bir stillə önünüzə çıxmaq qərarına gəldim. Bir milyon "like" olmasa instaqram hesabımı oğluma verəcəyəm. Uşaq, onsuz da, "mavi xətt" deyə-deyə başımın ətini yeyib, heç olmasa evdə hörmətli olarıq", - Röya yazıb.

Qeyd edək ki, sözügedən yumurta fotosu İnstaqram-da 45 milyondan çox bəyənmə alıb və onun "like" sayı artmaqda davam edir.
Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930