atatv.az
atatv.az

"Azəriqaz": Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq

16-01-2019, 16:33

"Azəriqaz": Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq

Havaların şaxtalı, qarlı və soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artacaqsa, təbii ki, "Azəriqaz" tərəfindən təbii qazın verilişi də artırılacaq.

Bunu "Report"a açıqlamasında "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, havaların qarlı, şaxtalı keçəcəyi günlərdə "Azəriqaz" tərəfindən zəruri işlər həyata keçirilir: "Birliyin 104 və 185 nömrəli Çağrı Mərkəzi fəaliyyəti gücləndirilib. O cümlədən, xüsusən də havanın qarlı, şaxtalı və soyuq keçəcəyi günlərdə respublika üzrə qaz təsərrüfatında qaz təchizatını məhdudlaşdıracaq hər hər hansı planlı işlərin görülməsi nəzərdə tutulmayıb.Yalnız qəza halları istisna olmaqla, bunun üçün də "Azəriqaz"ın təmir-tikinti idarəsinin işçi heyəti lazımi alət-avadanlıqlar, maşın və mexanizmləri tam təchiz edilib. Hər hansı bir qəza hadisəsi baş verərsə, dərhal aradan qaldırılacaq".

İ. Kərbəlayev qeyd edib ki, təbii qaza tələbat artdıqca təbii qazın verilişi də artırılacaq: "Havalar soyuduqca təbii qaza olan tələbat artır. Ötən iki günə nəzər salsaq, təbii qaz sərfiyyatında respublika üzrə 628 min kubmetr artım var. Yəni, təbii qaz sərfiyyatı ümumilikdə 32 mln. kubmetrin üzərindədir. Yəni, havaların şaxtalı, qarlı və soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artacaqsa, təbii ki, tərəfimizdən təbii qazın verilişi artırılacaq".

"Azəriqaz" rəsmisi bildirib ki, soyuq, şaxtalı və qarlı havalarda təbii qaza olan tələbat çox olduğundan "Azəriqaz" İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930