atatv.az
atatv.az

Azərbaycanın ən yaşlı sakini vəfat etdi - 38 nəvəsi, 72 nəticəsi var...

16-01-2019, 23:48

Azərbaycanın ən yaşlı sakini vəfat etdi - 38 nəvəsi, 72 nəticəsi var...

Şimal regionunda ən yaşlı seçici və yaşlı şəxs kimi siyahıya düşən, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 109 yaşlı Nəcimə Dəmirova bir neçə gün öncə dünyasını dəyişib.

Atatv.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a onun böyük oğlu Zöhrab Dəmirov məlumat verib.

Xatırladaq ki, bir əsrdən çox ömür yaşayan Nəcimə nənə ötən il keçirilən prezident seçkilərində ən yaşlı seçici kimi öz səsini verib. Mətbuat orqanları neçə illər ərzində Nəcimə nənənin səsverməsini işıqlandırmaq istəsə də, o, heç vaxt buna razı olmamışdı. Amma ötən ilki seçkilərdə səsverməsinin işıqladırılmasına razı olmuşdu.

Nəcimə nənənin böyük oğlu Zöhrab müəllim həmin anı belə xatırlayıb: "Anam yatağa düşəndən özünə qapanmışdı. Nə heç kimi görmək, nə də eşitmək istəyirdi. Hətta musiqi səsi gələndə əsəbləşirdi. Televiziya kanallarından və saytlardan hər seçki ərəfəsində anamı çəkmək üçün müraciətlər gəlirdi. Amma o, hər dəfə təklifi rədd edirdi. Sonuncu prezident seçkilərində "səni bir qız çəkmək istəyir" dedikdə "gəlsin" deyib, razılıq verdi. Biz də şad olduq".

Onu da qeyd edək ki, N.Dəmirovanın 7 övladı, 38 nəvəsi, 72 nəticəsi, 10 kötücəsi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031