atatv.az
atatv.az

Əhalinin sülhə hazırlanması nə deməkdir? - XİN-dən Qarabağ AÇIQLAMASI

17-01-2019, 17:20

Əhalinin sülhə hazırlanması nə deməkdir? - XİN-dən Qarabağ AÇIQLAMASI

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda bildirilir.

Həmsədrlərin bəyanatında diqqət çəkən məqam əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlıdır.

Konkret olaraq əhalinin sülhə hazırlanması nə deməkdir?

Atatv.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ildə də qəbul edilmiş birgə "Milan bəyanatı"nda əhalinin sülhə hazırlanması çağırışı olub.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin bu ilin 16 yanvar tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ilə bağlı verdikləri mətbuat bəyanatında "Nazirlərin əhaliləri sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə razılaşdıqları" qeyd olunur. Xatırlatmaq istərdik ki, hələ ötən ilin 6 dekabr tarixində qəbul edilmiş birgə "Milan bəyanatı"nda da əhalilərin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunmuşdu".

L.Abdullayeva deyib ki, əlavə olaraq icmalar arasında təmasların da mühüm rol oynadığı vurğulanıb:

"Azərbaycan burada, eləcə də bütün aidiyyatı sənədlərdə qeyd olunmuş "əhali" sözünü hər zaman erməni və azərbaycanlı əsilli iki əhali kimi anlayır və məhz bu şəkildə qəbul olunmasına israr edir. Azərbaycan əhalisindən danışarkən, əlbəttə, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasın bərpa olunması əhalilərin sülhə hazırlanması baxımından çox önəmli rol oynayır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930