atatv.az
atatv.az

İmişlidə 3 uşaq anası özünü asdı

21-01-2019, 13:18

İmişlidə 3 uşaq anası özünü asdı

İmişli rayonunda 3 uşaq anası intihar edib.
"Atatv.Az"ın Report-a istinadən məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib.
İyirmi altı yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil, onun 3 uşaq anası olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031