atatv.az
atatv.az

Deputat Səməd Seyidov yüksək vəzifəyə seçildi

21-01-2019, 15:57

Deputat Səməd Seyidov yüksək vəzifəyə seçildi

Azərbaycanın Avropa Şurasl Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.

Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev "Report"a bildirib ki, eyni zamanda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən vitse-perzidenti seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.

Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-ə kimi davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031