atatv.az
atatv.az

Samir Abbasov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü seçilib

22-01-2019, 09:54

Samir Abbasov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü seçilib

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti İdarə Heyətinin növbəti iclası olub.

AZƏRTAC xəbər verir ki, iclasda İdarə Heyətinin yeni üzvləri seçilib, cəmiyyətinin sədri Şavkat Şaripov 2018-ci ildə görülən işlər, 2019-cu ilin planları haqqında danışıb, bu ilin iş planı təqdim edilib.

Tədbirdə cəmiyyətinin fəaliyyətinin genişlənməsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) ilə əməkdaşlığın mühüm rolu qeyd edilib. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qurumun İdarə Heyətinin üzvü seçilib.

Bildirilib ki, xarici ölkənin vətəndaşının Özbəkistanda Dostluq Cəmiyyətinin İdarə Heyətinə üzv seçilməsi ilk belə haldır.

Qeyd edək ki, 2014-cü ildə Dostluq Cəmiyyəti ilə AMM arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu təşkilatlar hər il birgə iş planını təsdiq edir və ölkələrimiz arasında mədəniyyət, ədəbiyyat, informasiya, turizm sahələrində, habelə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği ilə bağlı layihələr həyata keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930