atatv.az
atatv.az

Azərbaycanda fantastik qiymətə alça satılır - VİDEO

24-01-2019, 10:18

Azərbaycanda fantastik qiymətə alça satılır - VİDEO
Bazarlarda qış mövsümünə xas olmayan meyvələr satışa çıxarılıb.

AtatvAz-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, soyuducularda saxlanılan meyvələrin qiyməti yay mövsümündəkindən qat-qat yüksəkdir.

Bu cür meyvələr, adətən, qramla satılır.

Məsələn, 125 qramlıq böyürtkən 13 manata təklif edilir.

Qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir. Bazarlarda rast gəlinən meyvələrdən biri də ərikdir.

Ən baha olanı isə alçadır. Alça digər meyvələrdən fərqli olaraq, çəki ilə deyil, daha çox ədədlə satılır. Kiloqramı isə 350 manatadır.

Satıcılar bildirirlər ki, bu meyvələr ölkə xaricindən gətirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930