atatv.az
atatv.az

Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi

24-01-2019, 11:36

Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.

Atatv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilmişdi.

Binəqədinin rəisi Namiq İsmayılov isə yaş həddinə görə təqaüdə göndərilib.

Qeyd edək ki, son günlər nazir polis rəislərinin yerinin dəyişdirilməsi və onların sərəncama götürülməsi ilə bağlı intensiv əmrlər verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031