atatv.az
atatv.az

Nazir: "Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik"

25-01-2019, 15:49

Nazir: "Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik"

Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Atatv.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, mədəniyyət sahəsində müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir: "Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda, müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir".

Nazir bunu da qeyd edib ki, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün yeni təkliflər hazırlanacaq:

"Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930