atatv.az
atatv.az

Milli Məclisin sabiq deputatı vəfat etdi

26-01-2019, 23:24

Milli Məclisin sabiq deputatı vəfat etdi

II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.

Atatv.Az modern.az-a istinadən bildirir ki, bu barədə sumqayıtlı jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu il martın 2-də X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.

Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 20də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məkdəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür.

2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı.

Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930