atatv.az
atatv.az

Deputat: "Şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir"

28-01-2019, 16:08

Deputat: "Şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir"

"Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir".

Atatv.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla şəhid ailələri üçün hər cür şərait yaradır:

"Şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər verilir, Prezident təqaüdü verilir. Şəhid ailələrinin bir sıra üstünlükləri var, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir".

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir: "Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930