atatv.az
atatv.az

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

31-01-2019, 14:54

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul fevralın 8-də, saat 11:00-da Tovuzda yerləşən Heydər Əliyev Mərkəzində (Məşədi Əzizbəyov küçəsi, 1) keçiriləcək.

Nazir Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların şikayətlərini dinləyəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031