atatv.az
atatv.az

Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub? - RƏSMİ AÇIQLAMA

31-01-2019, 17:12

Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub? - RƏSMİ AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxması barədə yayılan məlumatlar düzgün deyil.

Atatv.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-nin referens laboratoriyasına heç bir nümunə göndərilməyib: "Ona görə də bu məlumatların haradan yayıldığını deyə bilmərik. ÜST-nin Azərbaycan ofisi də SN-yə 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatların yanlış olduğunu açıqlayıb. ÜST sabah bu barədə daha geniş açıqlama verəcək".

Qeyd edək ki, ÜST-nın həftəlik bülletenində Azərbaycanda 16 А/H1N1 virusuna yoluxma halının aşkarlanması barədə məlumat yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930