atatv.az
atatv.az

Milli Məclisin 2019-cu il yaz sessiyası üçün qanunvericilik işlər planı təsdiqləndi

1-02-2019, 15:16

Milli Məclisin 2019-cu il yaz sessiyası üçün qanunvericilik işlər planı təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

Atatv.Az Trend-ə istinadən xəbər verir ki, yaz sessiyasında bir neçə yeni qanun layihəsinə baxılması nəzərdə tutulur.

Bunlar "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında", "Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında", "Peşə birlikləri haqqında", "Sosial sifarişlər haqqında", "Daxili qoşunlar haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşdırma haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Turizm haqqında", "Ümumtəhsil haqqında", "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Yazılı abidələr haqqında", "Reproduktiv sağlamlıq haqqında", "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" və s. qanun layihələridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930