atatv.az
atatv.az

“Çölçü” filmi beynəlxalq festivalda mükafatlara layiq görülüb

4-02-2019, 11:32

“Çölçü” filmi beynəlxalq festivalda mükafatlara layiq görülüb

Azərbaycan istehsalı olan “Çölçü” filmi “L’Age d’Or International Arthouse” Film Festivalının bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film” (“Çölçü”), “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.

Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev bildirib.

Onun sözlərinə görə, bu mükafatlara layiq görülməklə film, eyni zamanda, “Pıgeon D’or Awards” mükafatının nominantı da elan olunub. Bu mükafat bu ilin oktyabrında Hindistanın Kolkata şəhərində təqdim olunacaq.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 43 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930